AZ

“Kartdan karta ata bilərsiniz?!” – Gündəlik reallıq və qanun pozuntusu

Bakı.Trend:

"Kartdan karta ata bilərsiniz?!". Bu bir çoxumuzun qarşılaşdığıgündəlik cümlələrdən biridir. Bir çox mağazalar və sahibkarlarödənişin kartla olacağını öyrəndikdə məhz bu yola əl atır.

Trend xəbərverir ki, bu kimi halların qarşısının alınması məqsədiləİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindənmütəmadi tədbirlər görülür.

Dövlət vergi Xidmətindən bildirilib ki, nağdsız ödənişlərinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassaaparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyəəsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılmasıvergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanunpozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyəsanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarınaməruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardanistifadəni təmin etməlidirlər.

Trend-ədanışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, dövriyyələrinşəffaflaşdırılması ilə bağlı müvafiq qurumlar tərəfindən nə qədəraddımlar atılsa da, bu sahədə ciddi problemlər hələ də qalır:

“Bunlardan biri də ödənişlərin şəffaflaşdırılması istiqamətindəatılan addımlardır. Bu addımlar paytaxtda böyük ölçüdə öz effektiniverib. Bölgələrimizdə hələ də ciddi problemlər qalır. Məsələn, mənözüm dünən regionlarımızdakı kifayət qədər dövriyyəsi olanalış-veriş mərkəzlərindən birində kartla ödəniş etmək istədim,ancaq post-terminal təqdim etmədilər. Hətta “Cərimə olunmaqdanqorxmursunuzmu?!” deyə sual verdim. Gülümsəyərək, qorxmadıqlarınıbildirdilər”.

“Bu isə onu deməyə əsas verir ki, belə hallar regionlarımızdamüvafiq sahələrə baxan şəxslərin məsuliyyətsizliyi, yaxud hansısaformada bu məsələlərə göz yumması nəticəsində baş verir. Bu,regional ərazilər üzrə olan müvafiq bölmə rəhbərlərinin bu sahədəkifəaliyyətində bəzi çatışmazlıqlar olduğunu göstərir. Amma etirafetmək lazımdır ki, əvvəlki dövrlə müqayisədə, ildən-ilə neqativhalların sayı azalır. Ümid edək ki, bölgələrdə daha ciddimonitorinqlər aparılaraq, neqativ halların daha çox hallarınyaşandığı bölgələr müəyyən olunaraq, problemlərin aradanqaldırılması təmin olunacaq”, - ekspert bildirib.

İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə bildirib ki, beləhallar baş verir, həmçinin, belə hallarla ciddi mübarizəaparılır:

“İqtisadiyyat Nazirliyi tərəfindən bu sahədə tədbirlər görülür.Satış zamanı məhsulun kassaya vurulmaması ilə bağlı böyük cərimələrtətbiq olunur. Burada hətta 6 min manatadək cərimə mövcuddur. Lakinbu hallar yenə də baş verir. Düzdür, bu kimi halların qarşısınıalmaq üçün sahibkarların itkisinin də qarşısı alınsa, yaxşı olar.Nağdsız ödənişlərin nağdlaşdırılması zamanı fərqli faizlər qoyulur.Bəzən sahibkarlar bu halda 3-4%-ə qədər vəsait itirir”.

E.Kərimli qeyd edib ki,digər tərəfdən nağdsız ödənişlərləvergidən yayınmaq mümkün olmadığı üçün sahibkarlar bu yola əlatır:

“Bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Daha ciddisanksiyalar tətbiq edilsə, daha məqsədəuyğun olar. Sahibkarlarlamaarifləndirmə işi aparılmalı, qeyd etdiyim nağdsız ödənişlərinnağdlaşdırılması zamanı faizlərin aşağı salınması dahaməqsədəmüvafiq olar. Sözsüz ki, nağdsız ödənişlərin dövriyyəsiniartırmaq üçün sahibkarlar üçün stimullaşdırıcı tədbirlər görüləbilər ki, bu da öz bəhrəsini verə bilər”.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr