AZ

Nə yeyək, nə yeməyək? - Nutrisioloqdan tövsiyələr

“Bəli, elmi tədqiqatlar göstərir ki, qidalanma psixoloji sağlamlığa birbaşa təsir göstərir. Beyin funksiyalarını yerinə yetirmək üçün düzgün və balanslı qidalara ehtiyac duyur”. 

Bunu "Yeni Sabah"a nutrisioloq Fərid Səfərov deyib.

O, insanların əhval-ruhiyyəyə mənfi təsir göstərən qidaları sadalayıb:

"Şəkər və şirinləşdirilmiş içkilər. Qanda ani şəkər sıçrayışı və sonra sürətli düşmələr – bu isə əsəb, yorğunluq və depressiv əhval yarada bilər.

Süni əlavələr və emal olunmuş məhsullar. Məsələn, kolbasa, cips, hazır şorbalar. Bu məhsullar beyində iltihab səviyyəsini artıraraq nevroloji balansı poza bilər.

Kofein (həddindən artıq miqdarda). Kofein kiçik dozalarda faydalı olsa da, çox qəbul edildikdə narahatlıq, yuxusuzluq və təşviş yarada bilər.

Trans yağlar (margarin, fast food). Beyin hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, depressiya riskini artırır".

Fərid Səfərov əsəbi sakitləşdirən və əhval-ruhiyyəni yüksəldən qidaların da adını çəkib:

"Omega-3 ilə zəngin qidalar. Məsələn: balıq (xüsusilə losos, skumbriya), çia toxumu, qoz. Antidepressant təsiri olan bu yağ turşuları beyin hüceyrələrinin funksiyasını dəstəkləyir.

B qrupu vitaminləri (xüsusilə B6, B12, fol turşusu). Məsələn: yumurta, qarabaşaq, yaşıl yarpaqlı tərəvəzlər, noxud.

Maqneziumla zəngin qidalar. Məsələn: banan, badam, avokado. Sakitləşdirici effekt verir, kortizol (stres hormonu) səviyyəsini tənzimləyir.

Fermentasiya olunmuş məhsullar. Məsələn: kefir, qatıq, turşu. Bağırsaq mikrobiotasını dəstəkləyərək serotonin istehsalını artırır.

Kompleks karbohidratlar. Məsələn, kəpəkli çörək, yulaf, mərci. Qanda şəkər səviyyəsini sabit saxlayır, əhval-ruhiyyədə dalğalanmanın qarşısını alır".

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
39
1
yenisabah.az

2Mənbələr