AZ

İsrail Yəməndə Hudeydə limanına hücum edib

Yəməndəki husilər İsrailin ölkənin qərbindəki Hudeydə limanını hədəf aldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hücumun nəticələri barədə məlumat verilməyib.

İsrail ordusundan məsələ ilə bağlı verilən yazılı açıqlamada dəniz qüvvələrinə bağlı dəniz gəmilərinin husilərə hücum edərək Hudeydə limanını hədəfə aldığı qeyd edilib.

Açıqlamada hücumun terror fəaliyyətləri üçün istifadə olunmağa davam edən Hudeyda limanındakı dağıntıları daha da dərinləşdirmək məqsədi daşıdığı iddia edilib.

İsrailin müdafiə naziri İsrael Katz da hücumla bağlı açıqlama verərək bildirib: "İsrailin havada və dənizdəki uzun qolu hər yerə çatacaq. Husilərə xəbərdarlıq etmişdik ki, İsrailə hücumlarını davam etdirəcəklərsə, sərt cavab veriləcək və onları dəniz və havadan blokadaya alacağıq".

Seçilən
50
operativmedia.az

1Mənbələr