"Qiymətlər 5 ulduzlu hotellər və seçim azlığından dolayı baha görünə bilər. Lakin müəyyən bölgələrimiz var ki digər bahalı bölgələrə nisbətən daha əlverişli qiymətlər əldə etmək olur".
Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O, bildirib ki, turistlərin ən çox səfər etdiyi Qəbələ, Şamaxı, Quba və Qusar kimi bölgələrdə qiymətlərin yüksək olması, əsasən, rəqabət mühitinin zəifliyi və qalmaq üçün nəzərdə tutulan məkanların azlığı ilə bağlıdır.
“Bayram günlərində xarici və yerli turistlərin qiymətlərlə bağlı şikayətlərini sıx eşidirik. Turistlərin getdiyi ənənəvi bölgələr var ki, istər Qəbələ olsun, istər Şamaxı, villaların çox baha olduğunu qeyd edirlər. Mən deyərdim ki ənənəvi turistlərin getdiyi bölgələr Quba, Qusar bölgələri bizim yerli vətəndaşlar üçün bahadır. Turistlərə baha gələn bu qiymətlərin kökündə duran səbəb isə rəqabət mühitinin nisbətən az olması və qalmaq üçün nəzərdə tutular yerlərin yetərincə olmamasından qaynaqlanır. Həm də mövsüm zamanı, bayram günlərində tələbatın birdən-birə kəskin artması təbii olaraq qiymətlərində qalxmasına səbəb olur. Lakin müqayisəli götürdükdə mən bu qiymətləri elə də baha hesab etmirəm".
Ekspert qeyd edib ki, qiymətlərin baha görünməsi 5 ulduzlu hotellərin və seçim azlığının nəticəsidir:
"Qiymətlər 5 ulduzlu hotellər və seçim azlığından dolayı baha görünə bilər. Lakin müəyyən bölgələrimiz var ki digər bahalı bölgələrə nisbətən daha əlverişli qiymətlər əldə etmək olur. Yenə də yaxşı haldır ki, son illərdə kiçik yaşayış evləri, binalar, villalar turizm sahəsinə daxil olur, bu da turistlər üçün bir çox imkanlar yaradır. Regionlara gedərkən əvvəllər sadəcə 1-2 otel var idisə, indi onlarla kənd evi, villalar da təklif olunur. Müqayisə olaraq bildirmək istəyərdim ki, builki qiymətlər keçən ilki qiymətlərdən baha deyil və bəzi hallarda daha əlverişlidir. Şimal istiqamətində yerləşən bölgələrdə qiymətlər bir qədər baha olsa da, cənub istaqəmətindəki bölgələrdə qiymətlər nisbətən daha əlverişlidir. Gəncə istiqamətində sürətli qatar yolu istifadəyə verildiyi müddətdən bəri Gəncədəki otel, restoran qiymətləri artıq daha əlverişlidir.”
Qeyd edək ki, bu il bölgələrdəki hotellərdə 2 nəfərlik bir gecəlik rezervasiya üçün qiymətlər belədir:
Quba Palace – 395 Azn
Mountain Breeze – 165- 250 Azn
Marxal – 190 Azn
Sheki park – 100 Azn
Shamakhi Palace – 238 Azn
Göyqurşağı – 70 Azn
Qafqaz Riverside – 298 Azn
Qafqaz Tufandağ – 389 Azn
Nohurgöl – 180 Azn
Shabran – 190 Azn
Qalaaltı – 210 Azn
İlisu – 80 Azn
Hilltop Heaven – 100 Azn
Lənkəran Springs – 260 Azn
Rəvan Rzazadə
Telegram kanalımız