Bakı. Trend:
2025-ci il 10 iyun tarixində SOCAR-ın “yaşıl” təyinatlıistiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (EmissiyaProspektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişinövbəti ilk iş günü həyata keçirilir).
Trend “SOCARCapital” şirkətinə istinadən xəbər verir ki, 1-ci faiz ödənişinəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqrazsahiblərinin hesablarına köçürülüb.
Ölkəmizin “yaşıl” enerji sahəsində atdığı geniş və məqsədyönlüaddımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlarinvestorların böyük marağına səbəb olub.
7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına startverilən və daxili kapital bazarlarında növbəti dəfə böyükcanlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı FondBirjasında (BFB) bu günədək 13.8 milyon ABŞ dolları məbləğində330-dan çox əqd bağlanıb.
SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-dəkorporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66.5%-ini təşkiledib.
“ABB İnvest” İnvestisiya Şirkətinin marketmeykeri olduğuSOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır,kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonundasahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlirqazandıracaq.