Misli Premyer Liqasının 2024/2025 mövsümünü 4-cü yerdə başa vuran "Turan Tovuz" rəhbərliyi heyətdə ciddi dəyişikliklərə əl atıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 9 futbolçu Tovuz təmsilçisindən göndərilib.

Belə ki, İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə başa çatan müqavilələrin müddəti uzadılmayıb.

"Turan Tovuz" rəhbərliyi futbolçuların hər birinə minnətdarlığını bildirərək onlarla yolları ayırıb.

Qeyd edək ki, komandanın baş məqşçisi tanınmış rusiyalı mütəxəssis Kurban Berdiyevdir.