AZ

İş yerlərində siqaret çəkənlərin artıq işləməsi tələb edilir

Siqaret çəkən dövlət işçilərinin çəkməyənlərdən daha çox işləməsi tələbi ilə bağlı ərizə təqdim edilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinə (TBMM) ərizə təqdim edilib.

Bu tələblə çıxış edənlər bildirir ki, siqaret çəkmə fasilələri iş səmərəliliyini aşağı salır, və siqaret çəkməyən işçilər üzərində haqsız yük yaradır.

Müraciətdə iddia olunur ki, siqaret çəkmə fasilələri nəticəsində yaranan vaxt itkisi dövlət xidmətlərində fasilələrə səbəb olur və dövlət resurslarından səmərəli istifadənin qarşısını alır.

Tələb qanuna çevrilərsə, bu fasilələri kompensasiya etmək üçün siqaret çəkən dövlət işçilərinə əlavə iş saatlarına cəlb edilməsi gündəmdə olacaq.

Billurə Yunus
 

Seçilən
86
4
olke.az

5Mənbələr