AZ

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 51%-i ötdü

BAKI, 10 iyun. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 51%-i ötüb. Bölgədə havaların istiləşməsi fonunda anbarlara qazın vurulması sürətlənib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Məlumata görə, iyun ayının əvvəlində mayeləşdirilmiş təbii qaz (LNG) idxalı rekord səviyyədə davam edir.

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasınınməlumatına görə, 8 iyun tarixində Aİ ölkələrinin anbarlarına 493 milyon kubmetr qaz vurulub. Eyni gündə anbarlardan çıxarılan qaz həcmi 19 milyon kubmetrə düşüb. Anbarlardakı ümumi qaz ehtiyatı 56,4 milyard kubmetr olub (ötən illə müqayisədə 28% az).

Hazırda Avropanın yeraltı qaz anbarları 51,4% doludur (son beş ilin eyni tarix üzrə orta göstəricisindən 10,45 faiz bəndi az). Keçən il bu göstərici 71,6% təşkil edirdi. Avropa Komissiyasının tələbinə əsasən, Aİ ölkələri hər il 1 noyabr tarixinədək qaz anbarlarını minimum 90% doldurmalıdır. Bu tələbin özü də Avropa qaz bazarında qiymət artımını stimullaşdıran amillərdəndir. Hesablamalara görə, qarşıdakı doldurma mövsümündə Avropanın qaz anbarlarına xalis qaz vuruluşu ən azı 61 milyard kubmetr olmalıdır ki, bu norma yerinə yetirilsin. Bu rəqəm ötən illə müqayisədə təxminən 50% çoxdur və tarixdəki ən yüksək göstəricilərdən biridir.

Seçilən
51
teleqraf.com

1Mənbələr