BAKI, TurkicWorld
Avstriyanın cənubunda yerləşən Qraz şəhərində bir liseydə baş verən silahlı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
TurkicWorld xəbər verir ki, yaralılar arasında tələbələr və müəllimlər də var.
İddialara görə, hücum edən şəxs məktəb tələbəsi olub və hücumdan sonra intihar edib.
Hadisə yerinə xüsusi təyinatlı qüvvələrin də daxil olduğu geniş əməliyyat başlatılıb, amma yerli rəsmi qurumlar hadisə ilə bağlı hələlik hər hansı bir açıqlama verməyib.
Qraz Polis Şöbəsinin sözçüsü Sabri Yorgun, gələn ilk çağırışdan sonra əməliyyatın başladığını və hadisənin əsl miqyasını müəyyənləşdirmək üçün araşdırmaların davam etdiyini bildirib.