Avstriyanın Qrats şəhərində məktəbdə atışma nəticəsində 8 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Avstriya mətbuatı məlumat yayıb.
Məlumata görə, naməlum silahlı şəxs səhər saat 10 radələrində BORG federal məktəbinin binasında atəş açıb:
“İlkin məlumata görə, azı 8 nəfər həlak olub. Atəş açan şəxs həmin məktəbin şagirdi olub. Sonda o, intihar edib. Bir neçə şagird və müəllim ağır yaralanıb. Hadisə yerində çoxlu sayda polis əməkdaşı cəlb olunub. Şəhərə xüsusi təyinatlı “Kobra” bölməsi də daxil olub. İstintaq davam edir və atəş açan şəxsin motivləri ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb”.