AZ

Yamal ikinci Fiqo ola bilər

“Barselona”nın gənc ulduzu Lamin Yamalla bağlı şok fakt üzə çıxıb. 17 yaşlı futbolçunun “Real Madrid”ə keçə biləcəyi ilə bağlı İspaniya mətbuatını bir-birinə qatıb.

Yenisabah.az xəbər verir ki, Yamalın sərbəst qalma qiyməti 1 milyard avrodur. Tanınmış idman nəşrləri “Real Madrid”in sözügedən məbləği ödəyə biləcəyini istisna etmir.

Qeyd edək ki, analoji hadisə 2000-ci ildə “Barselona”nın portuqaliyalı ulduzu Luis Fiqonun 56 milyon dollara “Real Madrid”ə transfer edilməsi zamanı qeydə alınıb. Həmin vaxt kataloniyalı azarkeşləri Fiqonu “judas” yəni satqın adlandırırdı.


Telegram kanalımız
Seçilən
32
1
yenisabah.az

2Mənbələr