AZ

Çoxalmağa davam edən, insanı əhatələyən sahibsiz itlərlə bağlı kompleks tədbir görülməlidir Video

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sahibsiz küçə itləri bu gün bütün Bakının problemidir. Çox uzağa getməyək, elə bizim kəndimizdə gecə küçəyə çıxsan, 10-15 küçə itinin əhatəsinə düşürsən. Bu itlərin yaratdığı qorxu, evə dönənə qədər bəs edir. Belə bir problem demək olar ki, hər yerdə var. Elə Buzovna çimərliyində də. Yazıda bölüşülən videodakı küçə itləri Buzovna çimərliyinə yığılan itlərdir. Bəs onların qarşısı necə alınmalıdır?

Ekoloq Ənvər Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sahibsiz küçə itlərinin Buzovna çimərliyində çoxalmasının bir çox səbəbi var.

“Bu, təzə bir şey deyil. Yəqin ki, həmin ərazilərdə böyük təsərrüfatlar var. Tutaq ki, qəssabxanalar, restoranlar çox olan yerlərə sahibsiz itlər yığışır. Balalayır və sayları çoxalmağa davam edir. Nəticəsi pis olur. Bu da insanlarda narahatlıq yaradır. İstənilən halda insanın istirahətinə, onun həyat tərzinə yaradılan narazılıq barədə tədbir görülməlidir. Təəssüf ki, bu məsələlərdə də sual altında qalan, qaranlıq qalan məqamlar var. Tədbir məsələsi yoxdur.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Sahibsiz itlərlə məşğul olan təsərrüfatlar var. Həmin itlər yığılıb, ora təhvil verilməlidir. Əslində onlar müxtəlif mərhələlərdən keçməlidir, sağlamlıqları müayinə edilməlidir, qorunmalıdır və bunların limiti olmalıdır. Sahibsiz itlərin artması insanlar üçün təhdid yaradır. Olmaz belə şeylər”-deyən ekoloq qeyd edib ki, bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb.

“Bakıda da, Sumqayıtda da bu problem var və həll olunmur. Sahibsiz itlərin saxlanılması üçün müəssisələr var. Hətta bildiyimə görə, hər itin baxımı üçün 1500 manata qədər vəsait xərclənir. Onların saxlanılması, qulluq edilməsi, həkim müayinəsi, qidalanması və s. xərclər bu qədər məbləğ tələb edir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti, əlaqədar təşkilatlarla bu işləri həyata keçirilməlidir. Ayrı-ayrı şəxslər səviyəsində bu məsələ həll edilə bilməz”-deyə Ənvər Əliyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
bizimyol.info

1Mənbələr