"Yuventus"un yeni mövsümdə də baş məşqçisi İqor Tüdor olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun direktoru Damyen Komolli məlumat verib:

"Biz Tüdorla FİFA Klublararaı Dünya Kuboku üçün davam etmək qərarına gəldik, o, təkcə kubok üçün yox, yeni mövsümdə də bizimlə olacaq”.

Xorvatiyalı mütəxəssis bu ilin martından "qoca sinyora"nı çalışdırır. O, bu postda Tiaqo Mottanı əvəz edib.

47 yaşlı çalışdırıcının dövründə Turin klubu A Seriyasında 9 oyunda 5 qələbə qazanmağı bacarıb.