AZ

“Turan Tovuz” 9 futbolçu ilə yollarını ayırdı

Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünü 4-cü sırada başa vurmuş “Turan Tovuz” 9 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi müqavilə müddətləri başa çatmış bu oyunçularla yeni sözləşməyə ehtiyac duymayıb:

İvan Konovalov
Alexandro Serrano
Kauan Martins de Paula
Kristian da Silva
Anton Kraçkovski
Eltun Turabov
İsmayıl Zülfüqarlı
Araş Qadiri
Sadiq Quliyev

Tovuz təmsilçisi bu futbolçuların hər birinə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “Turan Tovuz” 2024/2025-ci illər mövsümündə Premyer Liqa çərçivəsində keçirdiyi 36 oyunda 14 qələbə qazanıb, 13 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Kurban Berdıyevin çalışdırdığı kollektiv 55 xalla 4-cü yeri tutub ki, bu da komandaya avrokuboklara vəsiqə qazandırmayıb.

Seçilən
34
arena.az

1Mənbələr