Bakı, 10 iyun, AZƏRTAC
Avstriyanın Qrats şəhərindəki məktəbdə şagirdlərdən biri sinif yoldaşlarına hücum edərək 11 nəfəri qətlə yetirib.
AZƏRTAC xəbər verir ki, “Kronen Zeitung” qəzetinin məlumatına görə, hadisə nəticəsində, həmçinin bir neçə nəfər ağır yaralanıb.
Hazırda hadisə yerinə gələn polis məktəb binasında axtarış aparır. Hücum edən şəxsin öldüyü bildirilir.