AZ

Los-Ancelesdə xaos: Donald Trampa təcili çağırış edildi

BAKI, 10 iyun. TELEQRAF

Los-Anceles meri Karen Bass ABŞ hökumətini İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən qanunsuz miqrantları saxlamaq üçün şəhərdə keçirilən reydləri dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, Donald Tramp administrasiyasını şəhərdə xaos yaratmaqda ittiham edib.

“Ümid edirəm ki, federal hökumət xahişimizə qulaq asacaq: reydləri dayandırın”, - K.Bass deyib.

Los-Anceles meri reydləri “əsassız və lazımsız” adlandırıb və təhlükəsizlik qüvvələrinin hərəkətlərinin şəhərdə qorxu və xaos yaratdığını bildirib.

Bassın dediyinə görə, reydlər ştatın iqtisadiyyatına ziyan vuracaq, çünki işçi qüvvəsinin əksəriyyətini təşkil edən miqrantlar işə getməkdən qorxacaqlar.

K.Bass həmçinin Prezident Donald Trampın ABŞ Milli Qvardiyasının qoşunlarını şəhərə göndərmək qərarını Los-Ancelesdə “iğtişaşlar və xaos yaratmaq cəhdi” adlandırıb.

ABŞ Prezidenti şəhərdə iğtişaşları yatırtmaq üçün Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi barədə göstəriş verib. CNN-in məlumatına bundan sonra görə, Los-Ancelesdə 1700-ə yaxın Milli Qvardiya hərbçisi yerləşdirilib. Ardınca ABŞ Müdafiə Nazirliyi şəhərə təxminən 700 Dəniz Piyadası hərbçisinin yerləşdirildiyini açıqlayıb.

ABŞ-nin müvafi qurumları tərəfindən şəhərdə aparılan reydlər bir neçəgündür davam edən iğtişaşlara səbəb olub.

Seçilən
112
50
teleqraf.com

10Mənbələr