ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Uber, Goldman Sachs və Dell Technologies” kimi nəhəng şirkətlərin rəhbərlərinin də iştirak etdiyi toplantıda yeni nəsil üçün hazırlanan investisiya hesabı planının təfərrüatlarını paylaşıb.
Bu hesablar valideynlər tərəfindən idarə olunacaq və ildə 5000 ABŞ dollarına qədər şəxsi səemayə ilə dəstəklənə bilər.
Tramp bu təşəbbüsü “milyonlarla ailəyə iqtisadiyyatın böyüməsindən faydalanmağa və uşaqları üçün daha yaxşı gələcək qurmağa imkan verəcək ailə dostu layihə” kimi qiymətləndirib.