AZ

Bayram günlərində zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə 11 nəfər müraciət edib

Bakı, 10 iyun, AZƏRTAC

Bayram günlərində (6-9 iyun) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.

Bu barədə AZƏRTAC-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 3 nəfər sirkə turşusundan, 5 nəfər dərmandan, 1 nəfər ilan sancmasından, 1 nəfər allergik reakasiyadan, 1 nəfər isə fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.

Seçilən
79
1
azertag.az

2Mənbələr