AZ

Bu hallarda qazın kəsilməsi qadağan olunacaq

BAKI, 10 iyun. TELEQRAF

Qazın istehlakçıya xəbərdarlıq edilmədən kəsilməsi qadağan olunacaq.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü, həmçinin qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıq göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

Seçilən
64
teleqraf.com

1Mənbələr