AZ

Qazın nəqli, satışı və istehlakını tənzimləyən orqanın hüququ statusu müəyyənləşir

Bakı. Trend:

Qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakısahələrində dövlət tənzimlənməsi və nəzarətini həyata keçirən vəstatusu qanunla müəyyən edilən qurum tənzimləyici hesabediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan“Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyatakeçirəcək:

  • qaz təchizatı subyektlərinə qazın nəqli, qazın paylanması,sənaye qaz qurğusunun istismarına dair icazələri verir (2028-ci iliyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin)müəyyən olunması qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dənqüvvəyə minir);
  • qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri)müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habeləhəmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatısektorunu tənzimləyən normativ hüquqi aktların və normativxarakterli aktların tələblərinə riayət edilməsinə nəzarətedir;
  • qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan,tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərəbildirir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə vəistehlakçıların şikayətlərinə baxır;
  • sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçünnormativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiqedir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
  • qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı,rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsinitənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarətedir;
  • qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümihazırlığının təmin edilməsinə nəzarət edir;
  • qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclərsmetalarının razılaşdırılmasında və onların icrasına nəzarətinhəyata keçirilməsində iştirak edir;
  • qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərinkeyfiyyətinə dair tələbləri müəyyən edir (2028-ci il iyulun 1-dənqüvvəyə minir);
  • qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dairtəlimatları təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyəminir);
  • kommersiya uçotu qaydalarını təsdiq edir (2028-ci il iyulun1-dən qüvvəyə minir).

Tənzimləyici aşağıdakılar daxil olmaqla qaz təchizatısektorunun monitorinqini həyata keçirəcək (2028-ci il iyulun 1-dənqüvvəyə minir):

  • icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsindəşəffaflığın;
  • qaz təchizatı subyektlərinin qaz qurğularının texnikigöstəricilərinin;
  • qaz şəbəkələrinə qoşulmanın;
  • qaz təchizatı sektorunda satıcı-istehlakçımünasibətlərinin;
  • qaz qurğularının etibarlı istismarının;

Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyənqanunlar və onlara uyğun qəbul olunmuş digər normativ hüquqiaktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburitələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədiləsahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməkləyoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamalarıntənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsizamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktlarınvə normativ xarakterli aktların tələblərinin pozulması hallarıaşkar edildikdə onların aradan qaldırılması ilə bağlı tənzimləyicitərəfindən yazılı göstərişlər veriləcək. Həmin yazılı göstərişlərinicrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburiolacaq.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənhəyata keçiriləcək.

Seçilən
69
4
az.trend.az

10Mənbələr