Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə Operativ Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 min 872 çağırış daxil olub. Ən çox çağırış isə iyunun 8-də qeydə alınıb. Həmin gün müvafiq göstərici 2 min 35 olub. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə edilib. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.
Müraciətlər əsasən arterial təzyiq, kardioloji problemlər, halsızlıq və müxtəlif növ travmalarla bağlı olub.