AZ

V. Zelenskidən Qərbə çağırış » AzadMedia.az

V.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı hərbi əsirlərin və döyüşlərdə həlak olmuş əsgərlərin cəsədlərinin mübadiləsi ilə bağlı razılaşmaları pozmaqda ittiham edib.
Gündəlik video müraciətində danışan Zelenski bildirib ki, İstanbulda əldə edilən razılaşmaya əsasən, 1000-dən çox hərbi əsirin dəyişdirilməsi planlaşdırılıb, lakin Moskva hələ də bu şəxslərin tam siyahısını təqdim etməyib. Prezidentin sözlərinə görə, Ukrayna bu prosesi həyata keçirmək üçün əlindən gələni edir, lakin Rusiya tərəfi bu prosesə siyasi oyun kimi yanaşır.
"Əgər Rusiya belə humanitar məsələlərdə belə razılaşmalara əməl etmirsə, bu, təkcə Ukrayna üçün deyil, beynəlxalq ictimaiyyət və xüsusilə ABŞ üçün diplomatik səylərin səmərəliliyini şübhə altına alır," — deyə Zelenski vurğulayıb.
Digər tərəfdən, Rusiya rəsmiləri isə Ukraynanın razılaşdırılmış cəsəd mübadiləsini gecikdirdiyini iddia edir. Rusiya tərəfi 1212 Ukrayna əsgərinin cəsədini sərhəddə təhvil verməyə hazır olduğunu açıqlasa da, qarşı tərəfdən hələ rəsmi təsdiq gözlədiyini bildirib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna NATO-nun iyun ayında Haaqada keçiriləcək sammitinə və Kanadada baş tutacaq G7 görüşünə ciddi hazırlaşır. Prezidentin fikrincə, bu beynəlxalq platformalarda Moskva üzərində təzyiq artırılmalı və sanksiyalar daha da gücləndirilməlidir.
Hazırda həm əsir mübadiləsi, həm də cəsəd dəyişimi məsələsində gərginlik davam edir. Hər iki tərəf qarşı tərəfi prosesin pozulmasında ittiham etsə də, münaqişənin humanitar aspektində belə razılaşmaların icrası getdikcə daha da çətinləşir.

Seçilən
89
1
azadmedia.az

2Mənbələr