Jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında birbaşa danışıqlar zamanı alınan qərarların icrası ilə bağlı məsələlərə toxunub.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat paylaşıb.
Peskov bildirib: "Ukrayna ilə mübadilə haqqında yekun razılaşma yoxdur. Əlaqələr aparılır, rəqəmlər müqayisə edilir. Amma ümid edirik ki, yekun razılaşma olan kimi, mübadilə baş tutacaq".
Ukrayna tərəfinin cənazələri nə vaxt qəbul edəcəyi ilə bağlı sualı cavablandıran Peskov Kiyevlə təmasların davam etdiyini və hələlik dəqiq bir şey deyə bilməyəcəyini bildirib.