AZ

bp Azərbaycanda hüquq təhsili sahəsində yeni layihəsini təqdim edib

Bakı. Trend:

bp bu gün Azərbaycanda hüquq təhsili sahəsində keyfiyyətinartırılmasına yönəlmiş yeni bir layihəsini təqdim edib.

Trend xəbər verir ki, layihəyerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisintəkmilləşdirilməsi məqsədilə altı mühüm dərsliyin hazırlanması vənəşrindən ibarətdir. Layihənin məqsədi təhsildə mükəmməlliyin təminolunmasına dəstək vermək, hüquqi savadlılığı təşviq etmək və ölkədəyeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdir.

bp bu gün keçirilən tədbirdə layihə çərçivəsində artıq nəşrolunmuş 5 kitabı ictimaiyyətə təqdim etdi. Qalan altıncı kitabınnəşri isə bu ilin sentyabr ayına planlaşdırılır.

Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına vəbacarıqların artırılmasına dəstəyinin bir hissəsidir.

5 tamamlanmış kitabın təqdimat tədbirində çıxış edən bp-ninXəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:“Hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqdaməqsədimiz yerli hüquq mütəxəssislərinə yüksək keyfiyyətli tədrismaterialları hazırlaqdadəstək verməkdir. Bu isə nəticə etibariləölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksək səviyyəli,hüquqları dərindən bilən yeni hüquqşünaslar nəslinin formalaşmasınatöhfə verəcək.

Yeni altı dərsliyin hər biri hüquq üzrə alimlər vəmütəxəssislərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bukitablar universitet tələbələrin, nəzəriyyə müəllimlərinin, eləcədə hazırda praktiki fəaliyyətdə olan hüquqşünasların müasir hüquqresurslarına artan tələbatının qarşılanmasına mühüm töhfə verəcək.Xüsusilə məmnunuq ki, layihəyə daxil edilmiş altı dərslikdən dördüAzərbaycanda ilk dəfə nəşr olunur və bu da ölkənin akademik hüquqmühitində əlamətdar bir hadisədir.”

Layihəyə daxil olan kitablar bunlardır:

1. “Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” –Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqlarısahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbiəməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika,səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalqinstitutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.

2. “Azərbaycan Respublikasının Mediasiya Hüququ. ÜmumiMüddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslikmediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri,quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir.Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq vəAzərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstəkolmaqdır.

3. “Mediasiya Hüququ. Xüsusi hissə” –Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi vədoktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi birsahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həmdə praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.

4. “Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birincicild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalqpublik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və busahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir.Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri,beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri vəbeynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir.Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəkiyenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yeralıb.

5. “Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikincicild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalqpublic hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalqmüqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalqtəşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadihüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəriyanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquqsistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərinanlayışın formalaşmasına dəstək verir.

6.“İnsan Hüquqları. Ensiklopediya” –Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaiti hələnəşr olunmayıb. Kitaba insan hüquqlarının həm nəzəri, həm dəpraktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib.Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını,eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsədinsan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq vəAzərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığıtəşviq etməkdir.

Altı tədris vəsaitinin hamısı tələbələr, müəllimlər, elmiictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqlarımüdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistrvə doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə dəmediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçünnəzərdə tutulub

Layihənin ümumi dəyəri 230038 AZN-dir (135316 ABŞ dolları) və buməbləğə məzmunun hazırlanmasından nəşr və layihənin idarəolunmasına qədər bütün xərclər daxildir.

Layihə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimaibirliyi tərəfindən icra olunur.

Məqalədə:
Seçilən
2
4
az.trend.az

5Mənbələr