AZ

Paşa Bank - ın kedit portfeli ölkənin qeyri-neft sektorunun inkişafı ilə sıx uyğunluq göstərir

Paşa Bank 2024-cü ildə qeyri-neft sektorunun bir sıra istiqamətlərində müşahidə olunan artımla kredit portfelindəki bölüşmələr arasında yüksək korrelasiyanın olduğunu açıqlayıb.Bu barədə bankın idarə hetinin sədri Cavid Quliyev məlumat verib.

Onun sözlərinə görə, keçən il ərzində nəqliyyat sektorunda ÜDM artımı 25% təşkil etdiyi halda, Paşa Bankın bu sahəyə ayırdığı kreditlərin payı 23%-ə çatıb. Ticarət sektorunda iqtisadi artım 10% civarında olduğu halda, bankın bu sahəyə verdiyi kreditlərin payı 16%-i ötüb.

Sənaye və istehsalat sahəsində də artım qeydə alınıb — Paşa Bank bu istiqamətdə kredit portfelini 4-5% genişləndirib. Bank bu artımı əsasən azad olunmuş ərazilər (Qarabağ), Bakı və digər sənaye mərkəzlərində (Sumqayıt, Gəncə və Mingəçevir) yeni layihələrin maliyyələşdirilməsi ilə izah edir.

“Uzunmüddətli maliyyələşdirməyə olan tələb artır və bu tendensiya kredit portfelimizə də əks olunur,” – bank nümayəndəsi bildirib.

Hazırda Paşa Bankın kredit portfelində ən böyük payı ticarət sektoru tutur. İkinci yerdə sənaye sahəsi qərarlaşıb. Tikinti və kənd təsərrüfatı sahələri portfeldə müvafiq olaraq 14% və 8% paya malikdir. Digər qeyri-istehsal və xidmət sahələrinin ümumi payı isə 20%-ə yaxındır.

Bank, eyni zamanda, kredit ödənişləri üzrə intizamın yüksək olduğunu və bu göstəricinin ümumi iqtisadi inkişaf strategiyası ilə uzlaşdığını bildirib.

N.Təbrizli

Seçilən
41
1
anews.az

2Mənbələr