AZ

"İsrailin Qəzzaya qarşı zorakı blokadası və Qreta Tunberqin deportasiyası" - "Azadlıq Radiosu"

 
"İsrailin repressiv siyasəti humanitar yardımın qarşısını almaqda davam edir, dünya isə bu zorakılığa səssiz qalır..."
 
İyunun 9-da İsrail Dəniz Qüvvələri isveçli ekoloji fəal Qreta Tunberq və onu müşayiət edən fəalların "Madleen" adlı yaxtasına müdaxilə edərək, Qəzza sahillərinə yaxınlaşmaq cəhdini zorla dayandırıb və onları deportasiya edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
İsrail 2007-ci ildən bəri davam edən dəniz blokadası ilə Qəzzaya humanitar yardımların çatdırılmasını məqsədli şəkildə məhdudlaşdırır. Fəallar az miqdarda yardım -düyü və uşaq qidası daşıdıqlarını bildirib, lakin İsrail bu yardımı siyasi məqsədlərlə manipulyasiya edərək, missiyanı "HƏMAS-ın lehinə piar aksiyası" kimi təqdim edib və "Madleen" yaxtasını "selfi-yaxta" adlandırıb.
 
Qreta Tunberq bu hadisəni beynəlxalq sularda "qanunsuz oğurluq" adlandıraraq, dünya ictimaiyyətini İsrailə təzyiq göstərməyə çağırıb. İsrail isə əsgərinin Tunberqə sendviç verməsini göstərməklə insani yanaşma görüntüsü yaratmağa çalışıb, amma bu, sərt siyasətin təbliği xarakteri daşıyır.
 
ABŞ prezidenti Donald Tramp isə Tunberqi "gənc, əsəbi və qəribə" şəxs kimi dəyərləndirərək, ona qəzəbini idarə etməyi öyrənmək üçün kurslara getməyi tövsiyə edib. 
 
O, həmçinin İsrailin Qəzza sahillərində belə sərt tədbirlər görməsinin tərəfdarı olduğunu və fəalların saxlanmasının əlavə problem yaratmadığını bildirib. İsrail müdafiə naziri İsrael Kac da gəmidəki sərnişinləri "antisemitlər" və radikal HƏMAS təbliğatçıları adlandıraraq, onları istənilən vasitə ilə dayanmağa çağırıb. 
 
Bu hadisə göstərir ki, İsrailin blokada siyasəti humanitar fəlakəti daha da dərinləşdirir və beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Dünyanın və beynəlxalq təşkilatların İsrailin repressiv və insan haqlarını pozan siyasətinə qarşı daha sərt mövqe nümayiş etdirməsi zəruridir. Bu blokada mülki əhalinin həyatına ciddi zərər verir və bölgədə sülhün bərqərar olması üçün böyük maneədir.
Seçilən
74
moderator.az

1Mənbələr