BAKI, 10 iyun. TELEQRAF
“Qaz təchizatı haqqında" qanun layihəsinin məqsədi ölkədə enerji təhlükəsizliyini möhkəmlədirməkdir.
Teleqraf xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun qəbul olunacağı təqdirdə ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndiriləcək:
"Qanunun məqsədlərindən biri ətraf mühitin mühafizəsi, əhalinin dayanıqlı qazla təmin edilməsidir. Bu qanunla qazdan səmərli istifadə edilməsi təşviq olunacaq. Yeni islahat tədbirləri nəzərdə tutulub".