AZ

Regional Təhsil İdarəsi: Şimal-qərb bölgəsində buraxılış siniflərini 13 min 858 şagird bitirir

Şəki, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC

2024-2025-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 6886, IX siniflərini 8058, XI siniflərini isə 5800 şagird bitirir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində 87 min 643 şagird təhsil alıb. Məktəblərdə? ümumilikdə 10 min 818 müəllim fəaliyyət göstərib. Tədris ilində şimal-qərb bölgəsi üzrə 283 ümumtəhsil məktəbində fəaliyyət göstərən 367 məktəbəhazırlıq qrupuna 5794 uşaq cəlb olunub.

Hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumi təhsil, 205 məktəbəqədər təhsil, 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Seçilən
90
1
azertag.az

2Mənbələr