AZ

Rusiya ABŞ-la münasibətlərin bərpasına çalışır

Ölkələr arasında münasibətlərdə “qıcıqlandırıcıların” aradan qaldırılması ilə bağlı Rusiya və ABŞ arasında ikitərəfli məsləhətləşmələrin üçüncü raundu çox yaxında baş tutacaq, lakin hələlik konkret tarix yoxdur.

Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Onun sözlərinə görə, Moskva hələ də Vaşinqtondan təkliflərinə, o cümlədən Rusiyanın diplomatik əmlakının qaytarılmasına aydın reaksiya gözləyir: “Məsələlərin bütün spektri var: daha çətin və asan, baxmayaraq ki, ABŞ-la münasibətlərdə prinsipcə asan məsələlər yoxdur. Amma bir-biri ilə müqayisə edərək, obrazlı desək, deyə bilərik ki, birbaşa uçuşları bərpa etməkdənsə, vizaları həll etmək daha asandır. Bu, heç bir halda bizi ruhdan salmır – çətinliklər bizi yalnız səfərbər edir.

Qeyd edək ki, Amerika administrasiyasının dəyişməsindən sonra Rusiya və ABŞ diplomatik missiyaların işini normallaşdırmaq və ikitərəfli münasibətləri yaxşılaşdırmaq məqsədi ilə iki görüş keçiriblər – fevralın 27-də və aprelin 10-da. Son məsləhətləşmədən sonra tərəflər diplomatların gediş-gəliş rejiminin sadələşdirilməsi və müsadirə edilmiş Rusiya diplomatik əmlakı üçün “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr