AZ

Ryabkov: “ABŞ Rusiyaya cavab verməyib” - VİDEO

AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini “TASS” agentliyinə müsahibəsində belə deyib.

“Yumşaq tərzdə desək, Rusiyanın ölkələrimiz arasında birbaşa hava əlaqəsini bərpa etmək təklifi həvəslə qarşılanmır. Lakin biz Amerika tərəfini bu məsələdə substantiv dialoqa cəlb etmək səylərimizdən əl çəkmirik”, - Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, diplomatların işində də heç bir irəliləyiş yoxdur. Rusiyanın diplomatik və ya konsulluq missiyasının ətrafındakı 25 millik zona istisna olmaqla, hazırda rusiyalı diplomatlara Birləşmiş Ştatlarda sərbəst hərəkət etmək qadağandır. Bu rejimin yumşaldılması ilə bağlı danışıqlar isə“ağır gedir”.


Barak Obama administrasiyası tərəfindən Rusiyadan müsadirə edilmiş diplomatik əmlakın geri qaytarılması səylərində də hələ irəliləyiş yoxdur.

- Amerikalılar hətta bu məsələni müzakirə edərkən də müqavimət göstərirlər. Bununla belə, indi bu məsələ ilə bağlı yol xəritəsi üzərində düşünmək üçün ABŞ-nin razılığını almaq mümkün olub”, - Rusiya XİN rəhbərinin müavini deyib.

İki ölkə arasında Birbaşa hava nəqliyyatını bərpa betməyi təklifin Rusiya nümayəndə heyəti fevralın 27-də Ər-Riyadda keçirilən ikitərəfli danışıqların ikinci raundu zamanı verib. Aprelin əvvəlində Ağ Ev rəsmiləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona uçan Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bu məsələ ilə bağlı “aktiv iş getdiyini” söyləmişdi.


Rusiyalı məmur, həmçinin əmin edib ki, Amerika şirkətləri Rusiyaya qayıtmaq, o cümlədən ölkəni tərk etmiş Avropa bizneslərinin “yerini tutmaq” üçün “böyük istəyi” var. Dmitriyevin dediyinə görə, bundan əlavə, Arktikanın inkişafı və nadir torpaq metallarının hasilatı sahəsində layihələr müzakirə olunur.

Bununla belə, may ayının ortalarında Rusiyanın Səanye və Ticarət nazirliyi müharibə başlayandan sonra ölkə bazarını tərk etmiş heç bir Qərb şirkətinin hökumətə geri qayıtmaq təklifi ilə müraciət etmədiyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
32
azvision.az

1Mənbələr