Rusiya prezidenti Vladimir Putinin köməkçisi, Rusiya Yazıçılar İttifaqının sədri Vladimir Medinski Ukrayna ilə bağlı çıxışında "Qarabağ"ı misal gətirərək tarixi torpaqlarımızı "mübahisəli ərazi" adlandırıb.
Kulis.az məsələ ilə bağlı Azərbaycan Yazıçıları Birliyinin sədri Anarla əlaqə saxlayıb.
Xalq yazıçısı Medinskinin çıxışını absurd və boş adlandırıb:
"Çox səhv eləyib. Başı çıxmayan məsələdən danışıb. Medinskinin dedikləri tamamilə abdurddur, boşdur”.