Birləşmiş Millətlər Təşkilatının (BMT) son demoqrafik hesabatına görə Hindistan 1,46 milyard insanla dünyanın ən sıx məskunlaşdığı ölkə statusunu qorumağa davam edir.
"Bu rəqəmin təxminən 40 il sonra, azalmağa başlamazdan əvvəl təxminən 1,7 milyarda qədər artacağı gözlənilir", - hesabatda deyilir.
Bununla belə, BMT Hindistanda doğum səviyyəsinin aşağı düşdüyünü qeyd edib. Ölkədə ümumi doğuş nisbəti immiqrasiya kimi “qazanclara” güvənmədən sağlam əhali dövriyyəsini saxlamaq üçün lazım olan 2,1 səviyyəsindən aşağı olmaqla, hər qadına düşən 1,9 doğum səviyyəsinə düşüb.