AZ

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün medianın akkreditasiya prosesinə start verildi!

Bakı.Trend:

Formula 1 yarışlarının Azərbaycandakı təşkilatçısı Bakı ŞəhərHalqası Əməliyyat Şirkəti bu gündən etibarən media nümayəndələriüçün akkreditasiya qeydiyyatına start verir.

Trend xəbərverir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-iişıqlandırmaq istəyən KİV nümayəndələri Akkreditasiya Portalınadaxil olaraq qeydiyyat üçün onlayn qaydada müraciət edə bilərlər.Media nümayəndələrindən qeydiyyatdan öncə portaldan istifadəqaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmalarıxahiş olunur.

Yarışlara qeydiyyat 10 iyun tarixindən etibarən start götürüb 18iyul, saat 15:00-dək davam edəcək.

Natamam və ya 18 iyul tarixindən gec göndərilmiş müraciətformaları nəzərə alınmayacaq.

Qeyd edək ki, 19-21 sentyabr 2025-ci il tarixlərində baş tutacaqFormula 1 Azərbaycan Qran Prisi 2025 daxil olmaqla, FIA Formula 1Dünya Çempionatında yer alan hər bir yarış üçün medianümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası(FIA) və Formula One Management (FOM) şirkəti tərəfindəntənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyat prosesiBakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icraolunur.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etməkistəyənlər (+99455) 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yazabilərlər.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr