UEFA rəhbərliyi "Kristal Pelas" klubunun Avropa Liqasında iştirak məsələsinə iyunun 30-aa qədər aydınlıq gətirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, veriləcək qərardan sonra həm "Kristal Pelas", həm də bu qərardan təsirlənəcək digər tərəflərin onu İdman Arbitraj Məhkəməsində (CAS) mübahisələndirməsi ehtimalı yüksəkdir.
Məsələn, klubun Avropa Liqasından kənarlaşdırılması halında əsas səhmdar Con Tekstor qərardan apellyasiya verə bilər. Qeyd edək ki, Tekstor eyni zamanda bu turnirin digər iştirakçısı olan "Lion" klubunun da nəzarət paketinə sahibdir. UEFA qaydalarına əsasən, bir investor avrokuboklarda eyni anda bir neçə kluba sahiblik edə bilməz.
Əgər "Kristal Pelas"a iştirak icazəsi verilsə, bu halda "Nottingem Forest" və "Brayton" klubları şikayət edə bilər. Çünki London təmsilçisi turnirdən uzaqlaşdırılacağı təqdirdə, məhz bu klublar müvafiq olaraq Avropa Liqası və Konfrans Liqasına vəsiqə qazana bilər.