AZ

Qırğızıstanda rus dilinin statusu dəyişdirilməyəcək

BAKI, 10 iyun. TELEQRAF

“Qırğızıstan Konstitusiyasında nəzərdə tutulduğu kimi, rus dili ölkədə rəsmi dil olaraq qalır və statusun dəyişdirilməsindən söhbət gedə bilməz”.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan parlamentinin deputatı Qulya Kojokulova məlumat verib.

“Rus dili rəsmi statusunu itirməyəcək, bu dəqiqdir, çünki bu, Konstitusiyada öz əksini tapıb. “Dövlət dili haqqında” Qanunun yenilənməsi ilə bağlı da heç nə eşitməmişəm. Orada Konstitusiyaya zidd olan bir dənə də müddəa yoxdur”, - agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, 2025-ci ilin mayında Qırğızıstan parlamentinin Dövlət Dili üzrə Milli Komitəsinin sədri Melis Muratəliyev rus dili haqqında Konstitusiya qanununun köhnəldiyini və ona yenidən baxılmasını tələb etmişdi.

Qırğızıstan Konstitusiyasında qeyd olunur ki, ölkədə dövlət dili qırğız dili, rəsmi dili isə ruscadır.

Seçilən
41
teleqraf.com

1Mənbələr