AZ

İtaliya HDQ nüvə təyyarədaşıyan gəmi hazırlamağı nəzərdən keçirir

İtaliya Hərbi Dəniz Qüvvələri 2040-cı ilə qədər davam edəcək uzunmüddətli planın bir hissəsi kimi nüvə təyyarədaşıyan gəminin yaradılması variantını öyrənir.

Herbiand.az bildirir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Enriko Kredendino deyib.

Onun sözlərinə görə, bütün gələcək İtaliya dəniz platformaları müxtəlif tipli pilotsuz sistemləri yerləşdirmək imkanı ilə layihələndiriləcək: “Təyyarədaşıyan layihə konseptual və texniki-iqtisadi qiymətləndirmə mərhələsində qalır və Hərbi Dəniz Qüvvələri üçün nüvə enerjisi və sənayenin modernləşdirilməsi sahəsindəki inkişaflara paralel olaraq hazırlanır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
20
herbiand.az

1Mənbələr