BAKI, 10 iyun. TELEQRAF
Asiya Parlament Assambleyasının (APA) növbəti plenar sessiyası iyunun 18-19-da İranda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Sessiyada 14 ölkə iştirakı artıq təsdiqlənib. Bu ölkələr arasında Qətər, Pakistan, Bəhreyn, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, İndoneziya, Azərbaycan, Çin, İraq və digərləri yer alır.
İştirakçı ölkələrin sayının 20-yə qədər artacağı gözlənilir.
Sessiya zamanı səkkiz qətnamə müzakirə olunacaq.
Qeyd edək ki, APA-nın 15-ci plenar sessiyası Bakıda keçirilmişdi.