AZ

İstanbul görüşləri dalana dirənib - Ukrayna nə təklif edir?

“Diplomatik səylərin gələcək inkişafı üçün əsas şərt atəşkəsdir. Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə etmək üçün Vladimir Putinlə şəxsi görüşə hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxiy brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda artıq iki dəfə - mayın 16-da və iyunun 2-də görüşüblər. Bu danışıqlar yalnız humanitar sahədə, ilk növbədə, əsirlərin mübadiləsi məsələsində nəticə verib.

"Rusiyanın qeyri-konstruktiv mövqeyinə görə başqa nəticə yoxdur.Konstruktiv addımlar atmaq əvəzinə ultimatumlar və qeyri-real tələblər irəli sürürlər", - XİN nümayəndəsi vurğulayıb.

Tıxiy qeyd edib ki, məhbus mübadiləsi prosesi hətta yüksək səviyyəli görüşlər olmadan da davam edir.

O, müzakirələr humanitar məsələlərlə məhdudlaşarsa, müdafiə nazirinin danışıqlarda iştirakının zəruriliyini şübhə altına alıb:

“Ukrayna tərəfi İstanbul görüşlərindən əvvəl Rusiyaya sülh planını və onun təkliflərini təqdim edib. Lakin hələlik heç bir cavab və ya konstruktiv reaksiya verilməyib. Bunun əvəzinə, yalnız ultimatum bəyanatları verilir.

Əgər Rusiya tərəfindən göndərilən rəsmilərə atəşkəsi müzakirə etmək səlahiyyəti verilmirsə, o zaman liderlərin görüşü zəruridir.

Prezident Zelenski istənilən vaxt belə görüşə hazırdır. Lakin Rusiya tərəfdən biz yalnız yayınma görürük".

“Təzyiq olsaydı, bəlkə də İstanbuldakı görüşlər konkret nəticələr verərdi”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Volodimir Zelenski atəşkəslə bağlı qərar qəbul etməyə yalnız Rusiya prezidentinin qadir olduğunu artıq vurğulamışdı.

Lakin onun fikrincə, Vladimir Putin birbaşa danışıqlardan yayınır.

Bizim.Media

Seçilən
59
bizim.media

1Mənbələr