AZ

Şirin Əliyeva: Süni intellekt insanların işinə faydalı ola bilər, ancaq texnologiya insanı əvəz etməməlidir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mayın 22-də Bakıda növbəti SHE Congress keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir artıq yeddinci ildir ki, davamlı təsir yaratmaq üçün ortaq təşəbbüslə birləşmiş cəsarətli fikir liderlərini, inşaatçıları və liderləri bir araya gətirməyə davam edir.

“Azərcell”in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva konqresdə spiker kimi çıxış edib.

“Mən “Azərcell”də çalışıram. “Azercell” 50 faizdən çox əhaliyə xidmət göstərir. Kommunikasiya tezliklərlə idarə olunur. Biz həmin tezliyi görmürük, amma mən bu dəqiqə kimə zəng etsəm, həmin insan mənə cavab verə biləcək.

Mən incəsənətin böyük pərəştikarıyam. Xaricdə sərgilərdə baxsanız yazılır: “Still live”, yəni sabit həyat. Heç bir zaman sabit həyat mənim üçün seçim olmayıb. Hər zaman “öz ətrafımda olan qadınlara necə dəstək verə bilərəm?” deyə özümü sorğulayıram və bunun üzərində işləyirəm. Avropada xüsusilə önəmli tezis irəli sürülür ki, süni intellekt insanları əvəz edəcək. Mən öz işimdə çalışıram ki, “süni intellekt insanların işinə necə faydalı ola bilər” haqda düşünüm. İnsanları heç bir texnologiya əvəz etməməlidir”-deyə “Azərcell”in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva qeyd edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Bizimyol.info xəbər portalı SHE Congress tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
bizimyol.info

1Mənbələr