AZ

Avropa məktəblərində qətllər

Fransada bir şagird məktəb qarşısında çanta yoxlanışı zamanı müəllimi bıçaqlayaraq öldürüb. Şagird Fransanın şərqindəki Nogent şəhərindəki hücumdan sonra saxlanılıb.

Təhsil naziri Elizabet Born “X”də bütün məktəb ictimaiyyətinə və polisə dəstək olmaq üçün Nogentə gedəcəyini açıqladı.

Fransa prezidenti Emmanuel Makron hücumdan sonra açıqlama verib. Makron sosial media hesabında “Müəllim köməkçisi mənasız zorakılıq dalğasının qurbanı olan uşaqlarımızı qoruyarkən həyatını itirdi. Millət yas içindədir və hökumət cinayəti azaltmaq üçün səfərbərdir”.

***

Fransa son illərdə digər şagirdlər tərəfindən müəllim və tələbələrə qarşı silsilə hücumlara məruz qalıb. Mart ayında Fransa polisi məktəblərdə və ətraflarında çantalarda gizlədilən bıçaq və digər silahlar üçün təsadüfi axtarışlar aparmağa başlayıb.

Aprelin sonunda Nantdakı məktəbə ölümcül hücumdan sonra təhsil nazirliyi məktəblərdə təsadüfi 958 çanta yoxlaması zamanı 94 bıçaq ələ keçirildiyini açıqladı.

Qeyd edək ki, bu gün Avstriyada şagird məktəbdə qətliam törədib. Məktəb binasında 10 nəfəri öldürən qatil, daha sonra intihar edib.

Seçilən
42
vaxt.az

1Mənbələr