AZ

“Yuventus” baş məşqçi ilə bağlı qərarını açıqladı

“Yuventus” baş məşqçisi İqor Tudorla yola davam edəcək.

Msport.az xəbər verir ki, bunu Turin təmsilçisinin baş direktoru Damien Komolli bildirib.

O, xorvatiyalı mütəxəssisin 2025-26 mövsümündə də komandanı çalışdıracağını açıqlayıb. Daha əvvəl Tudorun klublararası dünya çempionatından sonra “Yuventus”u tərk edəcəyi bildirilirdi.

Qeyd edək ki, Tudor bu ilin mart ayından “Yuventus”u çalışdırır. Komanda A Seriyasının 2024-25 mövsümünü dördüncü yerdə başa vurub.

Seçilən
50
5
msport.az

6Mənbələr