AZ

Qlobal araşdırmalar göstərir ki, ekran qarşısında çox vaxt xərcləyən Z nəsli özünü tənha hiss edir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mayın 22-də Bakıda növbəti SHE Congress keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir artıq yeddinci ildir ki, davamlı təsir yaratmaq üçün ortaq təşəbbüslə birləşmiş cəsarətli fikir liderlərini, inşaatçıları və liderləri bir araya gətirməyə davam edir.

“Mastercard”ın Şərqi Avropa üzrə Marketinq və Kommunikasiya üzrə vitse-prezidenti Yasemin Develioğlu çıxış edib. Vitse-prezident bildirib ki, bu gün mürəkkəb dünyada yaşayırıq və hər an hər şey dəyişir.

“Mən bu gün innovasiyadan danışmayacam. Mən tendensiyalar haqqında da danışmayacam. Bu gün mürəkkəb dünyada yaşayırıq. Hər an hər şey dəyişir. Mən bu gün həqiqətlərdən danışacam. Biz istəyirik ki, hər şey bizə hazır təqdim edilsin. Artıq dünyada süni intellekt sürətlə yayılıb. Qlobal tədqiqatların nəticələrinə görə, “Z nəsli”nin 66 faizi özlərini tənha hiss edirlər. Baxmayaraq ki, onların ailələri və ətraflarında onlarla insan var. Amma onlar vaxtlarını ekran qarşısında keçirirlər. Araşdırmalara görə, ekran qarşısında çox zaman keçirmək beyin çürüməsinə səbəb olur”,-deyə Yasemin Develioğlu vurğulayıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Yasemin Develioğlunun sözlərinə görə, gələcəkdə insan bağlantısı yaradan şirkətlər daha uğurlu olacaq: “Biz qadınlar bu insan bağlantısının qurucuları olmalıyıq”.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı SHE Congress tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr