Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, ümumiyyətlə, Qarabağ probleminin kökündə Rusiya amili olub:

“Biz onun da fərqindəyik ki, zamanında Azərbaycan torpaqları ermənilər tərəfindən deyil, əslində ermənilərə dəstək verən rus hərbçiləri tərəfindən işğal olunmuşdu. Ermənilərin gücünə görə deyildi ki, Azərbaycan ərazisini 30 il ərzində işğalda saxlasınlar. Burada Rusiya amili xüsusi rol oynamışdı”.
Deputat qeyd edib ki, bu gün də Rusiya dövlət siyasəti olaraq keçmiş post-Sovet ölkələrinə aid əraziləri öz nəzarətində saxlamağı hədəfləyir:
“Konfliktlərin olması Rusiyanın bu hədəfinə xidmət edir. Sirr deyil ki, Ukraynada, Gürcüstanda, Moldovada və Azərbaycanda separatçılıq meyillərinin artması, bunun müharibələrlə nəticələnməsi rusların əli ilə olub. Bu, ona görə edilib ki, gərginlik fonunda həmin əraziləri öz nəzarətlərində saxlasınlar.
Azərbaycan öz gücünə torpaqları işğaldan azad etdi və yeni reallıqlar yarandı. Bunu da həzm edə bilməyən qüvvələr var, bunlardan da biri, təəssüf ki, bizim şimal qonşumuzdur. Reallıq budur ki, Qarabağ Azərbaycan ərazisidir, belə olub, belə də olacaq. Medinski və onun kimilərə tarixi öyrənməyi tövsiyə edirik”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
hafta.azMamuka Mdinaradze: “Avropa İttifaqının ikili standartı var” ( 20454102)
-
olaylar.azSlovakiya hökuməti: “Ukraynaya dövlət ehtiyatlarından bir güllə də göndərməyəcəyik” – ÖZƏL ( 20450445)
-
sportinfo.azÖlkəmizin ev sahibliyi edəcəyi Avropa çempionatında 24 ölkə yarışacaq ( 20286717)
-
olaylar.azAvropada müdafiə zavodlarının sahəsi sürətlə artır – ÖZƏL ( 20262210)
-
olaylar.az"Hərbi xərclərin ÜDM-in 5%-inə çatması Avropa üçün ağrılı olacaq" - ÖZƏL ( 20261610)
-
olaylar.azAİ 2025-ci ilin sonunadək illik sursat istehsalını 2 milyona çatdıracaq - ÖZƏL ( 20257881)
-
olaylar.azAvstraliya sentyabrda BMT-də Fələstini dövlət kimi tanıyacaq – ÖZƏL ( 20223369)
-
olaylar.azAlmaniya İsrailə silah ixracını dayandırdı - ÖZƏL ( 20147721)
-
sherg.azFinlandiya NATO xətti ilə Ukraynaya hərbi yardım mexanizminə qoşulmur ( 20053239)
-
icma.azFinlandiya NATO xətti ilə Ukraynaya hərbi yardım mexanizminə qoşulmur ( 20053140)