AZ

Türkiyədə növbəti zəlzələ

Türkiyənin Kütahya şəhərinin Simav rayonunda 4,5 maqnitutalı zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 13:15-də, 7,71 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntının olmadığı qeyd olunub.

Seçilən
76
publika.az

1Mənbələr