AZ

Allah elə bir varlıq yaratmaq istədi ki, onun həm iki qolu olsun, həm də hamını qucaqlaya bilsin

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Mayın 22-də Bakıda növbəti SHE Congress keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir artıq yeddinci ildir ki, davamlı təsir yaratmaq üçün ortaq təşəbbüslə birləşmiş cəsarətli fikir liderlərini, inşaatçıları və liderləri bir araya gətirməyə davam edir.

Konqresdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr Hicran Hüseynova çıxış edib. Komitə sədri bildirib ki, bu konqres bir ənənədir və hər il tədbirə qoşulanların sayı artır.

“Bu, çox kreativ bir ideyadır. Biz xalq olaraq çətin dövlərdən keçmişik. Lakin buna baxmayaraq, bir çox dövlərdə qadınlarımız çox fəal olublar. Heydər Əliyev və onun davamçısı İlham Əliyevin diqqəti sayəsində qadınlarımız assosiasiyalar yaratdılar.

Çox maraqlıdır ki, qadınlarımız bütün sahələrdə inkişaf etməkdədir. Süni intellektin əvəz edə biləcəyi sahələr var ki, həmin sahələrdə daha çox qadınlarımız çalışır. Amma qadınlarımız gələcəkdə işsiz qalmamaq üçün İKT və kompüter biliklərini də artırırlar. Buna görə də təhsil çox önəmlidir”-,deyə Hicran Hüseynova qeyd edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Hicran Hüseynova əlavə edib ki, vaxtı ilə ona da öz dəstəyini göstərən, ilham verənlər xanımlar olub.

“Belə bir deyim var ki, Allah bu dünyanı yaradanda hər şeyi yaratdı və düşünməyə başladı ki, elə bir varlıq yaratsın ki, onun həm iki qolu olsun, həm də hamını qucaqlaya bilsin. Güclü olsun və həm də zərif olsun. Düşündü və bütün bunların cəmləşdiyi qadını yaratdı. Bütün xanımlara səslənirəm öz gücünüzə inanın”,-deyə Hicran Hüseynova vurğulayıb.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı SHE Congress tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
bizimyol.info

1Mənbələr