Moskva İranın nüvə proqramı ilə bağlı məsələlərdə Vaşinqtonla təmasdadır.
Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov 5-ci Beynəlxalq Bioloji Təhlükəsizliyə Qlobal Təhdidlər: Problemlər və Həll Yolları çərçivəsində mediaya bildirib.
O qeyd edib ki, Rusiya-ABŞ münasibətlərində diqqət mərkəzində olan üç sahə var ki, bunlardan biri də beynəlxalq gündəmdir.
"Rəhbərliyin tapşırığına uyğun olaraq üçüncü iş sahəsi beynəlxalq məsələlərdir və burada əsas mövzular da var”, - Ryabkov bildirib.