AZ

69 məzundan 65-i ali məktəbə daxil olub - Uğurun sirri nədir?

Ötən il Naxçıvan şəhərində Respublika üzrə yaxşı məktəblərin sırasına Heydər Əliyev adına məktəb də daxil edilib.

 

Müəssisənin rəhbərliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci tədris ilində məktəb üzrə 69 nəfər 11-ci sinfi bitirib.

 

Onlardan 65 nəfəri ali məktəblərə qəbul olub. Qəbul olanlardan 19 nəfəri 500-700 bal aralığında, onlardan 9 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Uğurun sirrindən söz açan məktəb direktoru Məlahət Rüstəmova yaxşı nəticə göstərmək üçün bunları əsas meyar kimi vurğulayıb:

 

“Yaxşı müəllim, keyfiyyətli təhsil, məktəbdə yaradılmış müasir şərait - bunların hamısı yaxşı nəticəyə birbaşa təsir göstərir. Biz Heydər Əliyevin adını daşıyan bir məktəb olaraq məsuliyyətimizi digərlərindən bir qədər də artıq hiss edirik. Bu məsuliyyəti həm müəllim heyəti, həm də məktəb rəhbərliyi dərindən dərk edir. Uğur əldə etmək üçün təkcə yaxşı müəllim deyil, eyni zamanda məsuliyyətli və oxumağa həvəsli şagirdlər də lazımdır.

 

Müəllimlərimizin əməyi, şagirdlərin çalışqanlığı ilə bu nəticəni əldə etmişik. Eyni zamanda dövlətimizin təhsilə göstərdiyi diqqət və yaratdığı şərait də böyük rol oynayır. Məktəbimizdə konfrans otaqları, zəngin kitabxana, laboratoriyalar, elektron resurslarla təmin olunmuş siniflər var. Bütün bunlar şagirdlərin daha yaxşı təhsil almasına və yüksək nəticələr göstərməsinə imkan yaradır”.

Seçilən
43
azedu.az

1Mənbələr