AZ

Azərbaycan XİN Avstriyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" sosial media hesabında paylaşım edib.
"Avstriyanın Qrats şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tez və tam sağalmasını arzu edirik", - paylaşımda deyilir.
Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb.
Baş vermiş atışma ilə əlaqədar şübhəli şəxs intihar edib.
22 yaşlı gənc həmin məktəbin şagird olub. Onun məktəbdə zorakılığa məruz qaldığı üçün bu addımı atması ehtimal olunur.
Rəsmi orqanlar hadisənin təfərrüatlarını araşdırır.
Seçilən
80
30
sherg.az

10Mənbələr