AZ

İrəvanda atışma: yaralılar var

AzVision.az Ermənistanın Daxili İşlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə iyunun 10-da səhər saatlarında Xudyakov küçəsində baş verib.

İki kişi arasında yaşanan münaqişə zamanı onlardan biri silahı çıxararaq atəş açıb. Nəticədə mübahisənin 31 yaşlı iştirakçısı və təsadüfən yaxınlıqda olan 76 yaşlı qadın xəsarət alıb.

Məlumatda zərərçəkənlərin xəstəxanaya aparıldığı bildirilir. Polis atəş açan şəxsin şəxsiyyətini müəyyənləşdirir və lazımi əməliyyat tədbirləri həyata keçirir.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
83
azvision.az

1Mənbələr