AZ

İranda doqquz İŞİD üzvü edam edilib

BAKI,TurkicWorld

İranda 2018-ci ildə ölkənin qərb bölgəsində yaxalanan və edama məhkum edilən doqquz İŞİD üzvü edam edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İran Ədliyyə Hakimiyyətinin Mərkəzi Mətbuat Xidməti bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, edam edilən İŞİD üzvləri 27 yanvar 2018-ci ildə ölkənin qərb sərhəd bölgələri və mərkəzi şəhərlərində əhaliyə qarşı hücumlar təşkil etmək məqsədilə İrana daxil olublar.

Təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində bu qrupun mühasirəyə alındığı bildirilib. Döyüş zamanı çoxsaylı İŞİD üzvü və üç İran İnqilab Keşikçiləri Ordusu üzvü həlak olub.

Bəyanatda həmçinin əməliyyat zamanı yaxalanan doqquz İŞİD üzvünün Tehran İnqilab Məhkəməsində mühakimə edildiyi və edam cəzasına məhkum edildiyi, ali məhkəmənin bu qərarı təsdiqləməsi ilə şəxslərin edam edildiyi açıqlanıb.

Seçilən
36
turkic.world

1Mənbələr